Venus Uilyams "National Bank Open" turnirinə wild card qazanıb
Venus Uilyams "National Bank Open" turnirinə wild card qazanıb
Yeddiqat Böyük Dəbilqə çempionu Venus Uilyams gələn ay Kanadanın Toronto şəhərində keçiriləcək National Bank Open turnirinin əsas mərhələsinə wild card dəvəti alıb.
42 yaşlı amerikalı tennisçi 2019-cu ildən sonra ilk dəfə Torontoda çıxış edəcək. O, həmçinin 2021-ci ilin avqustundan bəri ilk dəfə WTA Tour-da təklarası yarışlara qatılacaq.
Keçmiş dünya bir nömrəsi və beşqat Wimbledon çempionu son olaraq bu ilin iyul ayında Jamie Murray ilə birlikdə Wimbledonun qarışıq cütlər yarışında mübarizə aparmışdı. Venus Uilyams karyerası ərzində 41 WTA təklarası tituluna və Olimpiya Oyunlarının qızıl medalına sahib olub.
Turnirin iştirakçıları arasında Serena Uilyamsın da yer alması gözlənilir. Üçqat Toronto çempionu olan Serena iki ildən sonra ilk dəfə Şimali Amerikada sərt örtüklü kortlarda keçirilən turnirdə iştirak edə bilər.
