Respublika Gününə həsr olunmuş beynəlxalq tennis turniri keçirilib

Respublika Gününə həsr olunmuş beynəlxalq tennis turniri keçirilib

Respublika Gününə həsr olunmuş beynəlxalq tennis turniri keçirilib

27–28 may tarixlərində Leyla Tennis-İdman Kompleksində Respublika Gününə həsr olunmuş beynəlxalq tennis turniri keçirilib. Yarışda Azərbaycanın "Avant" və Rusiyanın "Vamos" komandaları qarşılaşıb.

İki gün davam edən turnirdə kompleksin 4 kortunda ümumilikdə 67 oyun keçirilib. İlk gün 44, ikinci gün isə 23 matç baş tutub. Tennisçilər kişi və qadın təkləri, kişi və qadın qoşaları, eləcə də qarışıq qoşa kateqoriyalarında mübarizə aparıblar.

Turnir ərzində hər iki komanda maraqlı və gərgin qarşılaşmalarla yadda qalıb. Yarışın sonunda iştirakçılar üçün mükafatlandırma mərasimi təşkil olunub və turnir rəsmi şəkildə başa çatıb.