"50-ci Yubiley Liqası" keçiriləcək

"50-ci Yubiley Liqası" keçiriləcək

 

Tennis.az Liqasının 50-ci yubiley mövsümü 5 fevral – 20 mart tarixlərində keçiriləcək.

Yubiley Liqasının ümumi mükafat fondu 5000 AZN təşkil edəcək.

50-ci Liqa iştirakçıları maraqlı tədbirlər, müxtəlif müsabiqələr və dəyərli hədiyyələr gözləyir. Yubiley mövsümü Liqa tarixinin ən yaddaqalan turnirlərindən biri olmağa namizəddir.

Qeyd edək ki, Azərbaycanda analoqu olmayan Tennis.az Liqası 2018-ci ilin noyabr ayından etibarən keçirilir və beynəlxalq status daşıyır. Liqanın əsas məqsədi ölkədə tennisin inkişafı və populyarlaşdırılması, tennisçilərin reytinqinin müəyyənləşdirilməsi, oyunçu tapmaq imkanlarının genişləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və tennis ictimaiyyəti arasında dostluq əlaqələrinin möhkəmləndirilməsidir.