Ümumdünya Solaxaylar Gününə həsr olunmuş turnir keçirilib

Ümumdünya Solaxaylar Gününə həsr olunmuş turnir keçirilib

Ümumdünya Solaxaylar Gününə həsr olunmuş turnir keçirilib

13 avqust tarixində Ümumdünya Solaxaylar Gününə həsr olunmuş fərdi 1 setlik əyləncəli “Mobitek Cup” turniri keçirilib.

Turnirin xüsusi qaydalarına əsasən, sağəlli oyunçular yalnız sol əllə, solaxay oyunçular isə yalnız sağ əllə mübarizə aparıblar. Turnirdə 16 iştirakçı əks əlinin gücünü həm təklər, həm də cütlər kateqoriyasında sınayıb.

Təklərin finalında dəfələrlə beynəlxalq yarışların qalibi olmuş Tamerlan Əzizov Samir Qafarovu 6:3 hesabı ilə məğlub edərək turnirin çempionu olub.

Cütlərin yarışında isə Kamran Axundov / Pərviz Həsənli cütlüyü Alina Qavriş / Fərid Yarıyev cütlüyünü 6:4 hesabı ilə məğlub edərək qalib olub.

Mükafatlandırma mərasimində qaliblərə Mobitek.az tərəfindən kuboklar və hədiyyə kuponları, bütün iştirakçılara xatirə hədiyyələri, həmçinin Barselona Import tərəfindən kofe təqdim olunub.