Tennisçilərimiz Dubayda keçirilən beynəlxalq turnirdə çempion olublar
26 fevral – 4 mart tarixlərində ITF Masters Tour çərçivəsində BƏƏ-nin Dubay şəhərində keçirilən MT200 UAE TOPSPIN turnirində Azərbaycan 10 tennisçi ilə təmsil olunub.
Yarışda tennisçilərimizdən Marina Abramenko və Fərəh Şəmsiyeva uğurlu çıxışları ilə seçiliblər.
Marina Abramenko 50+ kateqoriyasında bütün rəqiblərinə inamlı qələbələr qazanaraq turnirin çempionu olub.
Marina Abramenkonun nəticələri:
- Marina Abramenko – Britta Tams (Almaniya) — 6:0, 6:0
- Marina Abramenko – Inka Stever (Almaniya) — 6:0, 6:0
- Marina Abramenko – Rola Hamade (Kanada) — 6:0, 6:1
Bununla yanaşı, Marina Abramenko / Fərəh Şəmsiyeva cütlüyü 40+ kateqoriyasında keçirilən qoşa yarışlarında da bütün görüşlərini qalib başa vuraraq çempionluq qazanıb.
Qoşa yarışlarının nəticələri:
- Marina Abramenko / Fərəh Şəmsiyeva – Sylwia Mularczyk (Polşa) / Nazneen Rahman (Hindistan) — 6:2, 6:2
- Marina Abramenko / Fərəh Şəmsiyeva – Thania Melhem / Thais Xerfan Melhem (Braziliya) — 6:1, 6:2
- Marina Abramenko / Fərəh Şəmsiyeva – Elena Albrechtsen / Britta Tams (Almaniya) — 6:2, 6:2
- Marina Abramenko / Fərəh Şəmsiyeva – Olga Grazhdanova / Olga Lapina (Rusiya) — 6:2, 6:2
Bu uğur Azərbaycan tennisçilərinin beynəlxalq arenadakı növbəti əlamətdar nəticələrindən biri olub.
