"Tbilisi–Bakı Dostluq Kuboku 2023" turniri keçirilib
25–26 noyabr tarixlərində Gürcüstanın Kaspi şəhərində qarışıq cütlüklər arasında "Tbilisi–Bakı Dostluq Kuboku 2023" tennis turniri keçirilib.
16 cütlüyün iştirak etdiyi turnirin finalında Totskalashvili / Bayramov cütlüyü Janelidze / Mammadyarov cütlüyünü 6:2, 6:2 hesabı ilə məğlub edərək çempion olub.
Turnirin sonunda qaliblərə kubok və medallar, bütün iştirakçılara isə xatirə hədiyyələri təqdim edilib.
Azərbaycanı turnirdə "Gardashlar Mebel Doubles Championship 2023" yarışındakı uğurlu çıxışlarına görə Vüsal Bağırov, Əziz Manafov, Zaur Bayramov, Pərviz Həsənli, Yadigar Məmmədli, Sərxan Qarayev, Kamran Axundov, həmçinin Azər Məmmədyarov, Ziya Bağırzadə və Ənvər Qasımov təmsil ediblər.
