Vüsal Bağırov "Gardashlar Mebel Doubles Championship 2023"ün çempionu olub

Vüsal Bağırov "Gardashlar Mebel Doubles Championship 2023"ün çempionu olub

 

29 oktyabr tarixində "Gardashlar Mebel Doubles Championship 2023" turnirlər silsiləsinin 20-ci və sonuncu mərhələsi keçirilib.

18 cütlüyün iştirak etdiyi turnirin finalında Vüsal Bağırov / Tariyel Şirəliyev cütlüyü Pərviz Həsənli / Əziz Manafov cütlüyünü 6:4 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Çempion cütlük bu nəticə ilə hər biri 70 reytinq xalı qazanıb.

Son turnirin yekununa əsasən 2023 mövsümünün yekun reytinq cədvəlində ilk beşlik belə formalaşıb:

  1. Vüsal Bağırov – 750 xal
  2. Əziz Manafov – 740 xal
  3. Fərid Yarıyev – 680 xal
  4. Zaur Bayramov – 670 xal
  5. Pərviz Həsənli – 660 xal

Beləliklə, reytinq cədvəlində ilk 5 pillədə qərarlaşan tennisçilər Gürcüstanın Tbilisi şəhərində keçiriləcək həvəskar tennis turnirinə dəvətnamə qazanıblar.