Komandalar arasında "Zəfər Günü Kuboku" turniri keçirilib
8 Noyabr – Zəfər Günü münasibətilə "Leyla" Tennis Kompleksində komandalar arasında "Zəfər Günü Kuboku" turniri təşkil olunub.
Yarışda hər biri 2 kişi və 1 qadın tennisçidən ibarət 16 komanda olimpiya sistemi üzrə mübarizə aparıb. Gərgin və maraqlı qarşılaşmalarla yadda qalan turnirdə komandalar çempionluq uğrunda əzmkar mübarizə aparıblar.
Final görüşündə Liza Sokolova, Abbas Səfərov və Sərxan Qarayevdən ibarət komanda Fərid Dadaşov, Nicat Aslanzadə və Nuray Davudovanın təmsil olunduğu komandaya 3:2 hesabı ilə qalib gələrək turnirin çempionu olub.
Mükafatlandırma mərasimində qalib komandaya kubok və son model Yonex tennis raketkaları (Percept, VCORE Pro və VCORE) təqdim edilib. İkinci yeri tutan komanda isə Happy Moon's restoranı tərəfindən 50 AZN dəyərində hədiyyə kuponları ilə mükafatlandırılıb.
