Tennis həvəskarları arasında Ramazan Bayramı Kuboku keçirilib
Ramazan Bayramı münasibətilə Zabitlər Parkının yanındakı tennis kortlarında növbəti həvəskar tennis turniri təşkil olunub. Yarış qoşa turnir formatında keçirilib.
Turnirdə kişi və qadın tennisçilərdən ibarət 22 cütlük iştirak edib. Olimpiya sistemi üzrə keçirilən yarış əvvəlcə təsnifat mərhələsi, daha sonra isə 16 cütlüyün mübarizə apardığı əsas mərhələ ilə davam edib.
Final qarşılaşmasında Tələt Xəlilov / Pərviz Bənənyarlı cütlüyü Bəhruz Rüstəmov / Əziz Manafov cütlüyünü 6:4 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Turnirin sonunda mükafatlandırma mərasimi keçirilib. Çempionlara kuboklarla yanaşı ən son model "Babolat" tennis raketkaları, finalçılara isə xatirə kubokları təqdim edilib.
