Serena Uilyams peşəkar karyerasını başa vurub

Serena Uilyams peşəkar karyerasını başa vurub

Serena Uilyams peşəkar karyerasını başa vurub

Dünya tennisinin əfsanəsi Serena Uilyams peşəkar karyerasını başa vurub.

40 yaşlı amerikalı tennisçi ABŞ Açıq Çempionatının üçüncü mərhələsində avstraliyalı Ayla Tomlyanoviçə 7:5, 6:7 (4:7), 6:1 hesabı ilə məğlub olaraq tennislə vidalaşıb.

27 illik karyerası ərzində Serena Uilyams 23-ü təklarası olmaqla ümumilikdə 39 Böyük Dəbilqə tituluna, həmçinin 4 Olimpiya qızıl medalına sahib çıxıb. O, tennis tarixinin ən uğurlu və ən çox qazanan qadın idmançılarından biri hesab olunur.

Turnir öncəsi Serena ABŞ Açıq Çempionatından sonra karyerasını başa vuracağını açıqlamışdı. O, turnirdə Danka Koviniç və Anett Kontaveyti məğlub etsə də, üçüncü mərhələdə mübarizəni dayandırıb.