Naomi Osaka məşqçisi Vim Fissette ilə yollarını ayırıb

Naomi Osaka məşqçisi Vim Fissette ilə yollarını ayırıb

Naomi Osaka məşqçisi Vim Fissette ilə yollarını ayırıb

Dördqat Böyük Dəbilqə çempionu Naomi Osaka məşqçisi Vim Fissette ilə əməkdaşlığını başa vurub.

2019-cu ilin sonundan etibarən Osaka ilə çalışan belçikalı mütəxəssis ayrılığı sosial media hesabında təsdiqləyib.

“Naomini çalışdırmaq və onun çempiona çevrilməsinə şahid olmaq mənim üçün böyük şərəf idi. O, yeni nəslə tennisi sevdirdi və inandıqları dəyərləri müdafiə etməyə ilham verdi. Bu yolun bir hissəsi olmaq mənim üçün unudulmaz təcrübədir”, – deyə Fissette bildirib.

Onların əməkdaşlığı dövründə Osaka 2020-ci il ABŞ Açıq Çempionatında və 2021-ci il Avstraliya Açıq Çempionatında qalib gələrək iki Böyük Dəbilqə tituluna sahib çıxıb.

Hazırda dünya reytinqində 38-ci pillədə qərarlaşan 24 yaşlı yaponiyalı tennisçi son mövsümlərdə zədə və şəxsi səbəblərdən bir sıra turnirləri buraxıb. O, bu mövsüm Axilles vətəri zədəsi ilə mübarizə aparır və Fransa Açıq Çempionatından sonra kortlara qayıtmayıb.