DÜNYA
Məşhur tennisçi Con İzner karyerasını başa vurur
Amerikalı tennisçi Con İzner peşəkar karyerasını başa vurmaq qərarına gəlib.
38 yaşlı tennisçi bu barədə sosial şəbəkə hesabında məlumat verərək US Open 2023 turnirinin onun son yarış olacağını açıqlayıb.
Karyerası ərzində İzner 16 ATP turnirinin qalibi olub və uzun illər dünya tennisinin ən güclü servis ustalarından biri kimi tanınıb.
Amerikalı raketka ustası həmçinin ATP tarixində ən çox eys vuran tennisçi rekordunun sahibidir. Onun karyerasında vurduğu eyslərin sayı 14 mindən çoxdur.
İzner 2018-ci ildə dünya reytinqində karyerasının ən yüksək pilləsinə yüksələrək 8-ci yeri tutub, həmin mövsümdə isə Uimbldon turnirinin yarımfinalına qədər irəliləyib.
