"Laver Kuboku" nədir?

"Laver Kuboku" nədir?

"Laver Kuboku" nədir?

Laver Kuboku 2017-ci ildən etibarən keçirilən və Avropa komandası ilə Dünya komandasını üz-üzə gətirən beynəlxalq tennis turniridir.

Yarış hər il US Open turnirindən iki həftə sonra təşkil olunur və növbəli şəkildə Avropa və ABŞ şəhərlərində keçirilir. Turnir ATP təqviminə daxil olmadığı üçün iştirakçılar reytinq xalı qazanmırlar.

Hər komandanın heyəti 6 tennisçidən ibarətdir. Onlardan 3-ü ATP reytinqinə əsasən vəsiqə qazanır, digər 3-ü isə komanda kapitanı tərəfindən seçilir. Turnir üç gün davam edir və 12 görüşdən (9 tək, 3 qoşa) ibarət olur.

Qələbələr ilk gün 1, ikinci gün 2, üçüncü gün isə 3 xal dəyərində qiymətləndirilir. İlk olaraq 13 xal toplayan komanda Laver Kubokunun qalibi elan olunur.

Turnirin ideya müəllifi Rocer Federerdir. O, bu formatı məşhur qolf yarışı olan Ryder Cupdan ilhamlanaraq yaradıb.