"Gardashlar Mebel Doubles Championship 2024"ün 7-ci turniri keçirilib
21 iyul tarixində "Gardashlar Mebel Doubles Championship 2024" reytinqli qoşa turnirlərinin 7-ci mərhələsi keçirilib.
18 cütlüyün iştirak etdiyi turnirin finalında Teymur Dadaşov / Fuad Hüseynov cütlüyü Sevinc Novruzova / Vüsal Bağırov cütlüyünü 7:5 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Turnirin sonunda finalçılara və digər iştirakçılara "Spektr", "Fikus Baku", "Cinnabon" və "Mobitek" şirkətlərinin təqdim etdiyi hədiyyə kuponları təqdim edilib.
Çempion cütlük bu nəticə ilə hər oyunçu üçün 70 reytinq xalı qazanıb. Bu qələbədən sonra Teymur Dadaşov xallarının sayını 340-a çatdıraraq reytinq cədvəlinə liderlik edib. Onun ən yaxın izləyiciləri Sevinc Novruzova və Pərviz Bənənyarlı 270 xalla ikinci pilləni bölüşüblər. Fuad Hüseynov isə 240 xalla bir həftəlik fasilədən sonra yenidən ilk beşliyə yüksəlib.
Xatırladaq ki, oktyabrın sonunda reytinq cədvəlində ilk 5 pillədə qərarlaşan idmançılar Gürcüstanın Batumi şəhərində keçiriləcək həvəskarlar arasında beynəlxalq turnirdə iştirak etmək hüququ qazanacaqlar.
