"Gardashlar Mebel Doubles Championship 2024"ün 5-ci turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2024"ün 5-ci turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2024"ün 5-ci turniri keçirilib

7 iyul tarixində "Gardashlar Mebel Doubles Championship 2024" reytinqli qoşa turnirlərinin 5-ci mərhələsi keçirilib.

18 cütlüyün iştirak etdiyi turnirin finalında Teymur Dadaşov / Tokay Fərəcov cütlüyü Pərviz Bənənyarlı / Scott Risner cütlüyünü 6:3 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Bu qələbə sayəsində çempion cütlüyün hər bir üzvü 70 reytinq xalı qazanıb. Bu nəticə ilə Teymur Dadaşov ümumi xalını 260-a çatdıraraq dörd həftə lider olan Pərviz Bənənyarlını (250 xal) 10 xal qabaqlayıb və reytinq cədvəlinin yeni liderinə çevrilib.

Xatırladaq ki, oktyabrın sonunda reytinq cədvəlində ilk 5 pillədə qərarlaşan idmançılar Gürcüstanın Batumi şəhərində keçiriləcək həvəskarlar arasında beynəlxalq turnirdə iştirak etmək hüququ qazanacaqlar.