"Gardashlar Mebel Doubles Championship 2024"ün 5-ci turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2024"ün 5-ci turniri keçirilib

7 iyul "Gardashlar Mebel Doubles Championship 2024"ün 5-ci turniri keçirilib.

18 cütlüyün mübarizə apardığı turnirin finalında Teymur Dadaşov / Tokay Fərəcov cütlüyü Pərviz Bənənyarlı / Scott Risner cütlüyünü 6-3 hesabı ilə məğlub edərək çempion olublar. Çempion cütlük bu nəticə ilə hərəyə 70 reytinq xalı qazanıb. Bu nəticə ilə Teymur Dadaşov (260 xal) 4 həftənin lideri Pərviz Bənənyarlını (250 xal) 10 xal qabaqlayaraq reytinq cədvəlinin 1-ci yerinə yüksəlib.

Xatırladaq ki, oktyabrın sonunda reytinqdə ilk 5-likdə qərarlaşan idmançılar Gürcüstanın Batumi şəhərində keçiriləcək həvəskarlar arasında turnirə dəvətnamə qazanacaq.