AZƏRBAYCAN
"Gardashlar Mebel Doubles Championship 2024"ün 2-ci turniri keçirilib
16 iyun tarixində "Gardashlar Mebel Doubles Championship 2024" reytinqli qoşa turnirlərinin 2-ci mərhələsi keçirilib.
18 cütlüyün iştirak etdiyi turnirin finalında Pərviz Bənənyarlı / Yurii Kutlin cütlüyü Sərxan Qarayev / Samir Hacıyev cütlüyünü 7:5 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Bu qələbə sayəsində çempion cütlüyün hər bir üzvü 60 reytinq xalı qazanıb. Ümumi reytinq xalını 130-a çatdıran Pərviz Bənənyarlı turnir cədvəlinin vahid liderinə çevrilib.
Xatırladaq ki, oktyabrın sonunda reytinq cədvəlində ilk 5 pillədə qərarlaşan idmançılar Gürcüstanın Batumi şəhərində keçiriləcək həvəskarlar arasında beynəlxalq turnirdə iştirak etmək hüququ qazanacaqlar.
