AZƏRBAYCAN
"Gardashlar Mebel Doubles Championship 2023"ün 19-cu turniri keçirilib
22 oktyabr "Gardashlar Mebel Doubles Championship 2023"ün 19-cu turniri keçirilib.
18 cütlüyün mübarizə apardığı turnirin finalında Ekaterina Sokolova / Liza Sokolova cütlüyü Kamran Axundov / Əziz Manafov cütlüyünü 6-1 hesabı ilə məğlub edib.
Çempion cütlük bu nəticə ilə hərəyə 70 reytinq xalı qazanıb.
Son turnirdən sonra reytinq cədvəlinin ilk 5-liyi aşağıdakı kimidir:
1. Əziz Manafov - 700 xal
2. Vüsal Bağırov - 680 xal
3. Zaur Bayramov - 670 xal
4. Fərid Yarıyev - 640 xal
5. Pərviz Həsənli - 620 xal
Xatırladaq ki, oktyabrın sonunda reytinqdə ilk 5-likdə qərarlaşan idmançılar Gürcüstanın Tbilisi şəhərində keçiriləcək həvəskarlar arasında turnirə dəvətnamə qazanacaq.