"Gardashlar Mebel Doubles Championship 2023"ün 16-cı turniri keçirilib

"Gardashlar Mebel Doubles Championship 2023"ün 16-cı turniri keçirilib

Gardashlar Mebel Doubles Championship 2023-ün 16-cı turniri keçirilib

1 oktyabr tarixində “Gardashlar Mebel Doubles Championship 2023” reytinqli qoşa turnirlər seriyasının 16-cı yarışı keçirilib.

Turnirdə 15 cütlük mübarizə aparıb. Final görüşündə Sərxan Qarayev / Vüsal Bağırov cütlüyü Kamran Axundov / Azər Səfərov cütlüyünü 6:4 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Çempion cütlük bu nəticə ilə hərəyə 70 reytinq xalı qazanıb.

16-cı turnirdən sonra reytinq cədvəlinin ilk 5-liyi belədir:

  1. Əziz Manafov – 590 xal
  2. Vüsal Bağırov – 580 xal
  3. Zaur Bayramov – 550 xal
  4. Pərviz Həsənli – 530 xal
  5. Fərid Yarıyev – 530 xal

Qeyd edək ki, oktyabr ayının sonunda reytinq cədvəlində ilk 5 pillədə qərarlaşan idmançılar Gürcüstanın Tbilisi şəhərində keçiriləcək həvəskarlar turnirinə iştirak dəvətnaməsi qazanacaqlar.