Gardashlar Mebel Doubles Championship 2023-ün 8-ci turniri keçirilib
Gardashlar Mebel Doubles Championship 2023-ün 8-ci turniri keçirilib
30 iyul tarixində “Gardashlar Mebel Doubles Championship 2023” reytinqli qoşa turnirlər seriyasının 8-ci yarışı keçirilib.
Turnirdə 18 cütlük mübarizə aparıb. Final görüşündə Abbas Səfərov / Zaur Bayramov cütlüyü Zaur Məmmədzadə / Sərxan Qarayev cütlüyünü 6:2 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Çempion cütlük bu nəticə ilə hərəyə 70 reytinq xalı qazanıb.
8-ci turnirdən sonra reytinq cədvəlinə 290 xalla Pərviz Həsənli başçılıq edir. Vüsal Bağırov və Əziz Manafov hərəyə 280 xalla 2-3-cü yerləri bölüşürlər. Son turnirdə qazandığı 70 xal sayəsində Zaur Bayramov 4-cü pilləyə yüksəlib. Reytinqin 5-ci pilləsində isə 230 xalla Kirill Satyukov qərarlaşıb.
Qeyd edək ki, oktyabr ayının sonunda reytinq cədvəlində ilk 5 pillədə qərarlaşan idmançılar Gürcüstanın Tbilisi şəhərində keçiriləcək həvəskarlar turnirinə iştirak dəvətnaməsi qazanacaqlar.
