Gardashlar Mebel Doubles Championship 2023-ün 4-cü turniri keçirilib
Gardashlar Mebel Doubles Championship 2023-ün 4-cü turniri keçirilib
2 iyul tarixində “Gardashlar Mebel Doubles Championship 2023” reytinqli qoşa turnirlər seriyasının 4-cü yarışı keçirilib.
18 cütlüyün mübarizə apardığı turnirin finalı böyük geridönüşlə yadda qalıb. Zaur Məmmədzadə / Əhməd Səfiyev cütlüyü hesabda 3:5, 0:40 geridə olmasına baxmayaraq, görüşün taleyini dəyişərək 7:6 hesabı ilə Azər Səfərov / Əziz Manafov cütlüyünü məğlub edib.
Çempion cütlük bu nəticə ilə hərəyə 60 reytinq xalı qazanıb.
4-cü turnirdən sonra reytinq cədvəlində Fərid Dadaşov, Əziz Manafov və Pərviz Həsənli hərəyə 140 xalla lider mövqedə qərarlaşıblar.
Qeyd edək ki, oktyabr ayının sonunda reytinqdə ilk 5 pillədə qərarlaşan oyunçular Gürcüstanın Tbilisi şəhərində keçiriləcək həvəskarlar turnirinə iştirak dəvətnaməsi qazanacaqlar.
