Gardashlar Mebel Doubles Championship 2023-ün 17-ci turniri keçirilib

Gardashlar Mebel Doubles Championship 2023-ün 17-ci turniri keçirilib

Gardashlar Mebel Doubles Championship 2023-ün 17-ci turniri keçirilib

8 oktyabr tarixində “Gardashlar Mebel Doubles Championship 2023” reytinqli qoşa turnirlər seriyasının 17-ci yarışı keçirilib.

Turnirdə 15 cütlük mübarizə aparıb. Final görüşündə Fərid Yarıyev / Mary Rose Del Norte cütlüyü Yurii Kutlin / Əziz Manafov cütlüyünü 7:6 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Bu qələbə Fərid Yarıyevin 4-cü, Mary Rose Del Norte-nin isə ilk çempionluğu olub.

Çempion cütlük bu nəticə ilə hərəyə 70 reytinq xalı qazanıb.

17-ci turnirdən sonra reytinq cədvəlinin ilk 5-liyi belədir:

  1. Əziz Manafov – 640 xal
  2. Vüsal Bağırov – 600 xal
  3. Fərid Yarıyev – 600 xal
  4. Zaur Bayramov – 580 xal
  5. Pərviz Həsənli – 550 xal

Qeyd edək ki, oktyabr ayının sonunda reytinq cədvəlində ilk 5 pillədə qərarlaşan idmançılar Gürcüstanın Tbilisi şəhərində keçiriləcək həvəskarlar turnirinə iştirak dəvətnaməsi qazanacaqlar.