Endi Marrey peşəkar karyerasını başa vurub

Endi Marrey peşəkar karyerasını başa vurub

 

Məşhur şotlandiyalı tennisçi Endi Marrey peşəkar karyerasını başa vurduğunu açıqlayıb.

37 yaşlı tennisçi "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəni başa vurduqdan sonra tennislə vidalaşdığını bildirib.

Karyerası ilə bağlı danışan Marrey bunları deyib:

"Karyeram, qazandığım uğurlar və tennisə verdiyim töhfələrlə fəxr edirəm. İndi isə həqiqətən xoşbəxtəm."

Qeyd edək ki, Endi Marrey karyerası ərzində 3 Böyük Dəbilqə tituluna sahib olub. O, 20122016-cı il Olimpiya Oyunlarında kişi tennisində qızıl medal qazanıb. Bundan əlavə, London-2012 Olimpiadasında qarışıq cütlüklərdə də gümüş medal əldə edib.