Dünya komandası ilk dəfə Laver Kubokunun qalibi olub

Dünya komandası ilk dəfə Laver Kubokunun qalibi olub

Dünya komandası ilk dəfə Laver Kubokunun qalibi olub

Laver Cup 2022 turniri Dünya komandasının tarixi qələbəsi ilə başa çatıb. Komanda turnir tarixində ilk dəfə çempionluq titulunu qazanıb.

Həlledici son gündə Dünya komandası bütün görüşlərdə qalib gələrək 8:4 geridə olduğu hesabı 13:8-ə çevirib.

Günün nəticələri:

  • Auger-Aliassime / Sock – Berrettini / Murray 2:6, 6:3, 10:8

  • Auger-Aliassime – Djokovic 6:3, 7:6

  • Tiafoe – Tsitsipas 1:6, 7:6, 10:8

Qalib Dünya komandasının heyətində Felix Auger-Aliassime, Taylor Fritz, Diego Schwartzman, Alex de Minaur, Frances Tiafoe və Jack Sock yer alıblar. Komandanın kapitanı Con Makenro olub.

Çempion komandanın hər bir üzvü 250 min ABŞ dolları mükafat qazanıb.