Dominik Tim "Gstaad"da karyerasının 150-ci torpaq kort qələbəsini qazanıb

Dominik Tim "Gstaad"da karyerasının 150-ci torpaq kort qələbəsini qazanıb

Dominik Tim "Gstaad"da karyerasının 150-ci torpaq kort qələbəsini qazanıb

Avstriyalı tennisçi Dominik Tim İsveçrənin Gstaad şəhərində keçirilən ATP turnirində növbəti uğurunu əldə edib.

2020-ci il ABŞ Açıq Çempionatının qalibi ikinci mərhələdə argentinalı Federiko Delbonisi 7:6 (8:6), 6:3 hesabı ilə məğlub edərək ardıcıl ikinci həftə ATP turnirində 1/4 finala yüksəlib.

Bu qələbə Dominik Tim üçün ATP səviyyəsində torpaq kortlarda qazandığı 150-ci karyera qələbəsi olub. Bununla o, bu göstəriciyə çatan aktiv tennisçilər arasında 10-cu, 1990 və ya daha sonra anadan olan tennisçilər arasında isə ilk idmançı kimi tarixə düşüb.

Doqquz aylıq bilək zədəsindən sonra kortlara qayıdan Tim ilk altı ATP görüşündə məğlub olsa da, son iki həftədə nümayiş etdirdiyi çıxış onun əvvəlki formasına qayıtdığını göstərir.

Bastad turnirindəki uğurlu nəticədən sonra ATP reytinqində 339-cu pillədən 274-cü yerə yüksələn avstriyalı tennisçinin Gstaaddakı çıxışı sayəsində reytinqdə daha da irəliləyərək ilk 250-liyə yaxınlaşacağı gözlənilir.