WTA
Çexiyalı tennisçi qadınlar arasında “Uimbledon” turnirinin qalibi olub
Çexiyalı tennisçi qadınlar arasında “Uimbledon” turnirinin qalibi olub
Çexiyalı tennisçi Marketa Vondrouşova “Uimbledon” turnirinin qadınlar arasında keçirilən final görüşündə tunisli Ons Jabeur üzərində qələbə qazanaraq çempion olub.
Final qarşılaşması Vondrouşovanın üstünlüyü ilə başa çatıb – 6:4, 6:4.
Bu, çexiyalı tennisçinin karyerasında ilk “Böyük Dəbilqə” titulu olub.
İyulun 16-da turnirin kişilər arasında final görüşü keçiriləcək. Həlledici qarşılaşmada ispaniyalı Carlos Alcaraz və serbiyalı Novak Djokovic üz-üzə gələcək.
