Azərbaycanda ilk Çimərlik Tennisi Turniri keçirilib

Azərbaycanda ilk Çimərlik Tennisi Turniri keçirilib

 

12 may tarixində Tennis.azSu İdman Sarayının birgə təşkilatçılığı ilə Azərbaycanda ilk Çimərlik Tennisi Turniri keçirilib.

Turnirdə 32 tennisçi (16 cütlük) mübarizə aparıb. Gərgin və maraqlı qarşılaşmaların ardından finalda Umut Gündoğan / Mamed Həsənov cütlüyü Pərviz Həsənli / Mary Rose del Norte cütlüyünü 6:2 hesabı ilə məğlub edərək tarixi turnirin ilk çempionu olub.

3-cü yeri isə Aydan Məmmədhəsənova / Zaur Bayramov cütlüyü tutub.

Turnirin sonunda qaliblərə kubok, medal və xüsusi hədiyyələr təqdim edilib. Bundan əlavə, yarışın bütün iştirakçılarına Su İdman Sarayının xidmətlərindən istifadə etmək üçün xüsusi kuponlar hədiyyə olunub.