AZƏRBAYCAN
Azərbaycan Tennis Federasiyasına yeni rəhbər seçilib
Azərbaycan Tennis Federasiyasına yeni rəhbər seçilib
Mayın 1-də Azərbaycan Tennis Federasiyası İctimai Birliyinin ümumi yığıncağı keçirilib.
Yığıncaqda federasiyanın yeni rəhbərliyinin seçilməsi ilə bağlı səsvermə baş tutub.
Səsvermənin nəticələrinə əsasən, Ənvər Ənvərli 4 il müddətinə Azərbaycan Tennis Federasiyasının yeni prezidenti seçilib.
Federasiyanın rəhbərliyində digər vəzifələrə isə aşağıdakı şəxslər seçiliblər:
- Əliağa Fətullayev – birinci vitse-prezident
- Amal Əlili və Orxan Manaflı – vitse-prezidentlər
- Ramiz Həmzə-Zadə, Ləman Əliyeva, Elvin Məsimov – İdarə Heyətinin üzvləri
Daha sonra Nəzarət-Təftiş Komissiyasına da seçkilər keçirilib. Fəzli Əzizov komissiyanın sədri, Faiq İsmayılov və Azər İsmayılov isə üzvləri seçiliblər.
Qeyd edək ki, federasiyaya 22 il rəhbərlik etmiş Oqtay Əsədov prezidentliyə namizədliyini irəli sürməyib və vəzifəsini başa vurub.
