Azərbaycan millisi “Davis Cup” turnirində 3-cü qrupa yüksəlib

Azərbaycan millisi “Davis Cup” turnirində 3-cü qrupa yüksəlib

Azərbaycan millisi “Davis Cup” turnirində 3-cü qrupa yüksəlib

Monteneqroda keçirilən “Davis Cup” turniri başa çatıb.

Yarışın 4-cü qrupunda Azərbaycan milli komandası da mübarizə aparıb. Kənan Qasımov və Səfər Rəsulovdan ibarət komandamız turnirin ilk qarşılaşmasında Kosovoya məğlub olsa da, daha sonra Albaniya və İslandiya yığmalarına qalib gələrək növbəti mərhələyə yüksəlib.

Son görüşdə Azərbaycan millisi Ermənistan komandası ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada Səfər Rəsulov rəqibini 6:4, 6:2, Kənan Qasımov isə 6:3, 6:2 hesabı ilə məğlub edib.

Bu qələbə ilə Azərbaycan millisi “Davis Cup” turnirinin 3-cü qrupuna yüksəlib. Ermənistan yığması isə 4-cü qrupda mübarizəni davam etdirəcək.