Australian Open: Tommy Paul karyerasında ilk dəfə 1/4 finalda
Australian Open: Tommy Paul karyerasında ilk dəfə 1/4 finalda
ABŞ tennisçisi Tommy Paul karyerasında ilk dəfə Böyük Dəbilqə turnirinin 1/4 finalına yüksəlib.
O, Australian Open-in 1/8 finalında ispaniyalı Roberto Bautista Aquutu 6:2, 4:6, 6:2, 7:5 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Tommy Paulun 1/4 finaldakı rəqibi həmyerlisi Ben Shelton olacaq. Qarşılaşma barədə danışan amerikalı tennisçi bildirib:
"1/4 finalda amerikalı rəqiblə qarşılaşacağım üçün çox xoşbəxtəm."
Paul – Shelton qarşılaşması 25 yanvar, Bakı vaxtı ilə saat 04:00-da keçiriləcək.
Qeyd edək ki, amerikalı tennisçilərin Australian Open-də uğurlu çıxışı ATP reytinqində də öz əksini tapıb. Yenilənmiş reytinqdə ABŞ-ın 10 tennisçisi ilk 50-liyə daxildir: Taylor Fritz, Frances Tiafoe, Sebastian Korda, Tommy Paul, Jenson Brooksby, John Isner, Ben Shelton, J.J. Wolf, Reilly Opelka və Brandon Nakashima.
