Australian Open: Tommy Paul ilk dəfə Böyük Dəbilqə yarımfinalında

Australian Open: Tommy Paul ilk dəfə Böyük Dəbilqə yarımfinalında

Australian Open: Tommy Paul ilk dəfə Böyük Dəbilqə yarımfinalında

ABŞ tennisçisi Tommy Paul Australian Open-in 1/4 finalında həmyerlisi Ben Şeltonu məğlub edərək karyerasında ilk dəfə Böyük Dəbilqə turnirinin yarımfinalına yüksəlib.

Turnirdən əvvəl çox az adam hər iki amerikalı tennisçinin bu mərhələyə qədər irəliləyəcəyini proqnozlaşdırırdı. Lakin Paul və Şelton uğurlu çıxışları ilə bütün gözləntiləri üstələyiblər.

Amerika derbisi Tommy Paulun 7:6(6), 6:3, 5:7, 6:4 hesablı qələbəsi ilə başa çatıb.

Tommy Paul yarımfinalda Novak Cokoviç – Andrey Rublev cütünün qalibi ilə qarşılaşacaq.

Yarımfinal görüşü 27 yanvar, Bakı vaxtı ilə saat 07:00-da keçiriləcək.