Australian Open: Stefanos Tsitsipas finala yüksəlib

Australian Open: Stefanos Tsitsipas finala yüksəlib

Australian Open: Stefanos Tsitsipas finala yüksəlib

Yunanıstanlı tennisçi Stefanos Tsitsipas Australian Open-in yarımfinalında rusiyalı Karen Xaçanovu məğlub edərək karyerasında ilk dəfə bu turnirin finalına yüksəlib.

Rod Laver Arenada keçirilən qarşılaşmada Tsitsipas rəqibini 7:6(2), 6:4, 6:7(6), 6:3 hesabı ilə üstələyib.

Bu, Tsitsipasın karyerasında ikinci Böyük Dəbilqə finalı olacaq. O, ilk dəfə 2021-ci ildə Roland Garros turnirinin finalına yüksəlmiş, həlledici görüşdə Novak Cokoviçə məğlub olmuşdu.

Finalda Tsitsipas Novak Cokoviç – Tommy Paul cütünün qalibi ilə qarşılaşacaq.

Həlledici görüş 29 yanvar, Bakı vaxtı ilə saat 12:30-da Melburndakı Rod Laver Arenada keçiriləcək.