ATP
Australian Open: Sebastian Korda mübarizəni dayandırıb
Australian Open: Sebastian Korda mübarizəni dayandırıb
Australian Open turnirində 1/4 final mərhələsinin ilk oyunu baş tutub.
Turnirin sürpriz iştirakçılarından olan Sebastian Korda bu mərhələdə rusiyalı Karen Xaçanovla qarşılaşıb. Xaçanov ilk iki seti 7:6(5), 6:3 hesabı ilə qazanaraq üstünlüyü ələ keçirib.
Üçüncü setdə hesab 3:0 Karen Xaçanovun xeyrinə olarkən, Korda sağ biləyində yaranan ağrılar səbəbindən mübarizəni davam etdirə bilməyib və oyundan imtina edib.
Beləliklə, Karen Xaçanov Australian Open-in yarımfinalına yüksəlib. Onun növbəti rəqibi Stefanos Tsitsipas – Jiří Lehečka cütünün qalibi olacaq.
