Australian Open: Qadınların finalçıları müəyyənləşib
Australian Open: Qadınların finalçıları müəyyənləşib
Australian Open 2023 turnirində qadınların yarımfinal mərhələsinə yekun vurulub və finalda mübarizə aparacaq tennisçilər müəyyənləşib.
Qazaxıstan təmsilçisi Elena Rıbakina belaruslu Viktoriya Azarenkanı 7:6(4), 6:3 hesabı ilə məğlub edərək finala yüksəlib.
Digər yarımfinalda isə belaruslu Arina Sabalenka polşalı Magda Linette üzərində 7:6(1), 6:2 hesablı qələbə qazanaraq həlledici görüşə vəsiqə əldə edib.
Beləliklə, Australian Open 2023 turnirinin finalında Arina Sabalenka və Elena Rıbakina üz-üzə gələcəklər.
Hər iki tennisçi turnir ərzində yüksək səviyyəli oyun nümayiş etdirib. Finalçılardan yalnız Elena Rıbakina daha əvvəl Böyük Dəbilqə tituluna sahib olub. O, Wimbledon 2022 turnirinin çempionudur.
Final qarşılaşması 28 yanvar, Bakı vaxtı ilə saat 12:30-da keçiriləcək.
