Australian Open: Novak Cokoviç 33-cü dəfə Böyük Dəbilqə finalında

Australian Open: Novak Cokoviç 33-cü dəfə Böyük Dəbilqə finalında

Australian Open: Novak Cokoviç 33-cü dəfə Böyük Dəbilqə finalında

Serbiyalı tennisçi Novak Cokoviç Australian Open-in yarımfinalında amerikalı Tommy Paulu inamlı oyunla məğlub edərək finala yüksəlib.

Cokoviç rəqibini cəmi üç setdə 7:5, 6:1, 6:2 hesabı ilə üstələyərək karyerasında 33-cü Böyük Dəbilqə finalına vəsiqə qazanıb.

Hazırda 21 Böyük Dəbilqə tituluna sahib olan serbiyalı tennisçi çempion olacağı təqdirdə Rafael Nadalın rekorduna şərik çıxaraq 22-ci Böyük Dəbilqə titulunu qazanacaq.

Finalda Cokoviçin rəqibi yunanıstanlı Stefanos Tsitsipas olacaq. Tennisçilər indiyədək 13 dəfə qarşılaşıblar və şəxsi görüşlərdə Cokoviç 10:3 hesabı ilə üstünlük təşkil edir. Serbiyalı son 8 qarşılaşmanın hamısında qalib gəlib.

Australian Open-in finalı 29 yanvar, Bakı vaxtı ilə saat 12:30-da Melburndakı Rod Laver Arenada keçiriləcək.