Australian Open: İlk dörd 1/4 finalçı müəyyənləşib
Australian Open: İlk dörd 1/4 finalçı müəyyənləşib
Australian Open turnirində kişilər arasında keçirilən yarışın 1/8 final mərhələsinin ilk oyunlarından sonra 1/4 finalın ilk dörd iştirakçısı müəyyənləşib.
Növbəti mərhələyə Stefanos Tsitsipas, Jiří Lehečka, Sebastian Korda və Karen Xaçanov vəsiqə qazanıblar.
Yunanıstanlı Stefanos Tsitsipas italiyalı Yannik Sinneri 6:4, 6:4, 3:6, 4:6, 6:3 hesabı ilə məğlub edib. Çexiyalı Jiří Lehečka isə turnirin favoritlərindən sayılan kanadalı Feliks Oje-Alyassimi 4:6, 6:3, 7:6 (2), 7:6 (3) hesabı ilə üstələyərək sürprizə imza atıb.
Günün ən gərgin qarşılaşmalarından birində Sebastian Korda beş setlik mübarizədən sonra Hubert Hurkaç üzərində 3:6, 6:3, 6:3, 1:6, 7:6 (7) hesablı qələbə qazanıb.
Karen Xaçanov isə yaponiyalı Yoşihito Nişiokanı 6:0, 6:0, 7:6 (4) hesabı ilə məğlub edərək son səkkizliyə yüksəlib.
1/4 finalın digər dörd iştirakçısı növbəti oyun günündə müəyyənləşəcək.
