ATP
Australian Open: Ben Şelton 5 setlik Amerika derbisinin qalibi olub
Australian Open: Ben Şelton 5 setlik Amerika derbisinin qalibi olub
ABŞ tennisçisi Ben Şelton Australian Open-in 1/8 finalında həmyerlisi üzərində dramatik qələbə qazanaraq 1/4 finala yüksəlib.
20 yaşlı Şelton gərgin keçən qarşılaşmada rəqibini 6:7(5), 6:2, 6:7(4), 7:6(4), 6:2 hesabı ilə məğlub edib. Turnirdə inamlı çıxışını davam etdirən amerikalı tennisçi güclü zərbələrinə görə azarkeşlər tərəfindən "Hulk" ləqəbi ilə də tanınmağa başlayıb.
1/4 final mərhələsində daha bir Amerika derbisi baş tutacaq. Ben Şelton Tommy Paul ilə üz-üzə gələcək.
Qarşılaşma 25 yanvar, Bakı vaxtı ilə saat 04:00-da keçiriləcək.
