Australian Open: Andrey Rublev dramatik qələbə ilə 1/4 finala yüksəlib
Australian Open: Andrey Rublev dramatik qələbə ilə 1/4 finala yüksəlib
Rusiyalı tennisçi Andrey Rublev Australian Open turnirinin 1/8 finalında danimarkalı Holger Runeni məğlub edərək 1/4 finala vəsiqə qazanıb.
Rod Laver Arenada keçirilən qarşılaşmanın ilk dörd seti qarşılıqlı üstünlüklə keçib – 6:3, 3:6, 6:3, 4:6.
Həlledici setdə Rublev 2:5 hesabı ilə geridə olsa da, geri dönüş edərək seti tay-breykə daşıyıb. Tay-breykdə də 0:5 hesabı ilə geridə qalan rusiyalı tennisçi inanılmaz kambek edərək 9:7 hesabı ilə qalib gəlib.
Matçdan sonra Rublev bunları deyib:
"Karyeram ərzində belə matçlarda heç vaxt qalib gəlməmişdim. Bu, mənim üçün ilk idi."
Rublev 1/4 finalda Novak Cokoviçlə qarşılaşacaq. O, serbiyalı rəqibi barədə isə belə danışıb:
"Heç kim Novakla qarşılaşmaq istəmir."
Rublev – Cokoviç qarşılaşması 25 yanvar, Bakı vaxtı ilə saat 04:00-da keçiriləcək.
