Australian Open 2024 turnirinin kişilər arasında qalibi müəyyənləşib

Australian Open 2024 turnirinin kişilər arasında qalibi müəyyənləşib

 

Australian Open 2024 tennis turniri başa çatıb.

Turnirin finalında 22 yaşlı italiyalı Yannik Sinner rusiyalı Daniil Medvedyev üzərində möhtəşəm geri dönüş edərək 3:2 (3:6, 3:6, 6:4, 6:4, 6:3) hesabı ilə qələbə qazanıb və karyerasının ilk Böyük Dəbilqə tituluna sahib çıxıb.

3 saat 44 dəqiqə davam edən görüşdə ilk iki seti uduzan Sinner bundan sonra oyunun gedişatını tam dəyişərək ardıcıl üç setdə qalib gəlib və çempionluğunu rəsmiləşdirib.

Bu qələbə ilə Yannik Sinner Australian Open turnirində kişilərin şəxsi yarışının qalibi olan ilk italiyalı tennisçi kimi tarixə düşüb. O, həmçinin 1976-cı ildən sonra İtaliyaya Böyük Dəbilqə titulunu qazandıran ilk kişi tennisçi olub və Novak Cokoviçdən sonra Australian Open-i qazanan ən gənc tennisçi adına yiyələnib.