"50-ci Yubiley Liqası"nın qalibləri müəyyənləşib

"50-ci Yubiley Liqası"nın qalibləri müəyyənləşib

"50-ci Yubiley Liqası"nın qalibləri müəyyənləşib

Tədbirlər, müsabiqələr və hədiyyələrlə yadda qalan "50-ci Yubiley Liqası" başa çatıb. Fevral–mart aylarını əhatə edən və 5000 AZN ümumi mükafat fondu olan yubiley mövsümünün 1-ci Liqasının çempionu Ziya Ələkbərov olub. Bu nəticə ilə o, Tennis.az Liqasında 8-ci çempionluğunu qazanıb.

Ziya Ələkbərovun 50-ci Yubiley Liqasındakı nəticələri:

  • Ziya Ələkbərov – Zaur Bayramov — 4:6, 7:5, 6:2
  • Ziya Ələkbərov – İrfan Səmədov — 7:5, 7:5
  • Ziya Ələkbərov – Zaur Məmmədzadə — 7:6, 0:6, 3:6
  • Ziya Ələkbərov – Yusif Rzayev — 4:6, 6:2, 6:4
  • Ziya Ələkbərov – Umut Gündoğan — 6:2, 6:1

Digər liqaların qalibləri isə 30–31 mart tarixlərində Zabitlər Parkının yanındakı tennis kortlarında keçirilən "Liqa Kuboku" turnirlərində müəyyənləşib.

  • 2-ci Liqa: Hüseyn Həsənov finalda Əziz Manafovu 6:7, 6:4, 11:9 hesabı ilə məğlub edərək çempion olub.
  • 3-cü Liqa: Kamran Axundov finalda Nicat Həsənovu 6:3, 6:1 hesabı ilə üstələyib.
  • 4-cü Liqa: Qazaxıstanlı Beknurkhan Kemal finalda Rima Kərimlini 6:2, 1:6, 10:7 hesabı ilə məğlub edib.
  • 5-ci Liqa: Ukraynalı Daniil Shakira finalda Ağababa Babayevi 6:2, 6:4 hesabı ilə məğlub olaraq çempionluq qazanıb.

Turnirin sonunda çempionlara kubok, pulqabı və 500 AZN, ikinci yerlərin sahiblərinə 300 AZN, üçüncü və dördüncü yerləri tutan iştirakçılara isə 100 AZN pul mükafatı təqdim olunub.