28 May Respublika Gününə həsr olunmuş həvəskarlararası tennis turniri keçirilib
28 May – Respublika Günü münasibətilə həvəskar tennisçilər arasında komanda turniri təşkil olunub.
Yarışda hər biri 6 nəfərdən ibarət 9 komanda iştirak edib. Turnir doubles və mixed doubles formatında keçirilib və hər komanda ümumilikdə 6 qarşılaşma oynayıb.
Turnir ərzində 49 oyun baş tutub. Gərgin mübarizənin sonunda Vüsal Bağırov, Teymur Dadaşov, Emil Məlikov, Fərid Həsənov, Doğa Kılıç və Nigar Ağalarovadan ibarət komanda çempionluq qazanıb.
Mükafatlandırma mərasimində qaliblərə kuboklar və pul mükafatı təqdim olunub. 2-ci yeri tutan komanda tərəfdaşlarımız – "Fikus Baku", "Cinnabon", "Happy Moon's" və "Spektr Medical Center" tərəfindən hədiyyə kuponları ilə mükafatlandırılıb.
Turnirin təşkilində və maraqlı oyunların ərsəyə gəlməsində əməyi olan digər iştirakçılar da müxtəlif hədiyyələrlə təltif ediliblər.
