20 həftə davam edəcək "Gardashlar Mebel Doubles Championship 2024" start götürür
Bu bazar günü – 9 iyun, saat 17:00-da Zabitlər Parkının yanındakı Tennis.az kortlarında 20 həftə davam edəcək "Gardashlar Mebel Doubles Championship 2024" reytinqli qoşa mini-turnirlərinə start veriləcək.
Turnir hər bazar günü doubles formatında keçiriləcək. İştirakçılar:
- turnirdə iştirak etdiklərinə görə 10 reytinq xalı,
- hər qələbəyə görə 10 reytinq xalı,
- turnirin çempionu olduqları halda isə əlavə 10 reytinq xalı qazanacaqlar.
Cari ayın Liqa bölgüsünə əsasən cütlüklər aşağıdakı qaydada formalaşdırılacaq:
- 1-ci Liqa oyunçuları yalnız 5-ci Liqa oyunçuları ilə;
- 2-ci Liqa oyunçuları 4-cü və 5-ci Liqa oyunçuları ilə;
- 3-cü Liqa oyunçuları 3-cü, 4-cü və 5-ci Liqa oyunçuları ilə;
- 4-cü Liqa oyunçuları 2-ci, 3-cü və 4-cü Liqa oyunçuları ilə;
- 5-ci Liqa oyunçuları isə 1-ci, 2-ci və 3-cü Liqa oyunçuları ilə cütlük yarada bilərlər.
Liqada iştirak etməyən tennisçilər isə özlərinin ən yüksək reytinqinə uyğun kateqoriyada çıxış edəcəklər. Eyni cütlük ay ərzində yalnız bir dəfə birlikdə iştirak edə bilər.
Bu format müxtəlif səviyyəli tennisçilərin balanslı şəkildə mübarizə aparmasına imkan yaradır və mövsümün sonunda hər bir iştirakçının ilk beşliyə düşmək şansını qoruyur.
Çempionatın yekununda reytinq cədvəlində ilk 5 yeri tutan tennisçilər Gürcüstanın Batumi şəhərində keçiriləcək həvəskar tennis turnirinə vəsiqə qazanacaqlar.
