AZƏRBAYCAN
"Zəfər Kuboku 2024" turniri keçirilib
"Zəfər Kuboku 2024" turniri keçirilib
8 Noyabr tarixində Zabitlər Parkının tennis kortlarında Zəfər Gününə həsr olunmuş qoşa komandalar arasında "Zəfər Kuboku 2024" turniri keçirilib.
Turnirdə 15 komanda mübarizə aparıb. Maraqlı və gərgin keçən yarışın final görüşündə Elman Ələsgərov / Ruslan Lunyov cütlüyü Nicat Cahangir / Fərid Məlikbəyov cütlüyünü 4:2, 4:3 hesabı ilə məğlub edərək turnirin çempionu olub.
Mükafatlandırma mərasimində qalib komandaya Mobitek.az tərəfindən kuboklar və Gürcüstana uçuş biletləri təqdim edilib. Turnirin bütün iştirakçıları isə xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
