Yannik Sinner US Open-in 1/4 finalına yüksəlib

Yannik Sinner US Open-in 1/4 finalına yüksəlib

Dünya reytinqinin lideri Yannik Sinner ABŞ Açıq Çempionatında (US Open) 1/4 finala yüksəlib.

İtaliyalı tennisçi 1/8 final mərhələsində amerikalı Tommi Polu 7:6 (7:3), 7:6 (7:5), 6:1 hesabı ilə məğlub edib.

Bu qələbə ilə Sinner əlamətdar nailiyyətə imza atıb. O, 2024-cü ildə keçirilən bütün "Böyük Dəbilqə" turnirlərində ən azı 1/4 final mərhələsinə yüksələn yeganə tennisçi olub.

Xatırladaq ki, italiyalı tennisçi bu ilin əvvəlində Avstraliya Açıq Çempionatının qalibi olub. O, "Uimbldon"da da 1/4 finala yüksəlib, "Rolan Qarros"da isə yarımfinalda Karlos Alkarasa məğlub olub.