ATP
US Open: Karlos Alkaraz çempion oldu
US Open: Karlos Alkaraz çempion oldu
İspaniyalı tennisçi Karlos Alkaraz US Open 2022 turnirinin qalibi olub.
Final görüşündə norveçli Kasper Ruudu 6:4, 2:6, 7:6 (7:1), 6:3 hesabı ilə məğlub edən Alkaraz karyerasında ilk Böyük Dəbilqə titulunu qazanıb.
Bu qələbə ilə 19 yaşlı Alkaraz ATP reytinqində dünyanın bir nömrəsi olub və bu zirvəyə yüksələn tarixin ən gənc tennisçisi kimi tarixə düşüb. Finalçı Kasper Ruud isə dünya reytinqində ikinci pilləyə yüksəlib.
