Uimbldon turnirinin qalibi məlum olub

Uimbldon turnirinin qalibi məlum olub

Uimbldon turnirinin qalibi məlum olub

Tennis üzrə Uimbldon turnirində kişilər arasında mübarizəyə yekun vurulub.

Final görüşündə serbiyalı Novak Cokoviç avstraliyalı Nik Kiriosla qarşılaşıb. Rəqibini 4:6, 6:3, 6:4, 7:6 (7:3) hesabı ilə məğlub edən Cokoviç turnirin qalibi olub.

Bu qələbə ilə Novak Cokoviç karyerasında yeddinci dəfə Uimbldon çempionu adını qazanıb. O, daha əvvəl 2011, 2014, 2015, 2018, 2019 və 2021-ci illərdə də bu nüfuzlu turnirin qalibi olub.

Bununla yanaşı, serbiyalı tennisçi karyerasındakı 21-ci Böyük Dəbilqə titulunu əldə edib.