Solaxaylar Gününə həsr olunmuş turnir keçiriləcək

Solaxaylar Gününə həsr olunmuş turnir keçiriləcək

Solaxaylar Gününə həsr olunmuş turnir keçiriləcək

13 avqust tarixində Ümumdünya Solaxaylar Gününə həsr olunmuş fərdi formatda, 1 setdən ibarət əyləncəli “Mobitek Cup” turniri keçiriləcək.

Turnirin fərqli qaydasına əsasən, sağəlli oyunçular yalnız sol əllə, solaxay oyunçular isə yalnız sağ əllə oynayacaqlar.

Zabitlər Parkının yanında yerləşən Leyla Tennis Kompleksində keçiriləcək turnirin qalibi kubok və 300 AZN dəyərində hədiyyə kuponu, ikinci yerin sahibi isə 200 AZN hədiyyə kuponu qazanacaq.

Bütün iştirakçılara Mobitek.az tərəfindən xatirə hədiyyələri təqdim olunacaq.

Turnirdə iştirak etmək istəyənlər 8-12 avqust tarixlərində qeydiyyatdan keçə bilərlər.

📞 Əlaqə: +994 77 715 30 40