SEA BREEZE OPEN Pickleball Doubles Tournament by DENT TIME uğurla başa çatdı
SEA BREEZE OPEN by DENT TIME: Pickleball turniri keçirilib
Bakıda Pickleball.az tərəfindən təşkil olunan SEA BREEZE OPEN Pickleball Doubles Tournament by DENT TIME turniri keçirilib. Yarışda 36 idmançı iştirak edib və turnir gərgin və maraqlı qarşılaşmalarla yadda qalıb.
Final görüşündə Zaur Bayramov / Ziya Abdullayev cütlüyü Ömər Qəmərli / Fəxri Məmmədzadə cütlüyünü 2:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Yekun nəticələr
🥇 1-ci yer: Zaur Bayramov / Ziya Abdullayev
🥈 2-ci yer: Ömər Qəmərli / Fəxri Məmmədzadə
🥉 3-cü yer: Mary Rose Del Norte / Fehmi Kurşun
Üçüncü yer uğrunda keçirilən qarşılaşmada Mary Rose Del Norte / Fehmi Kurşun cütlüyü Oleg Karetin / Süleyman Ağalarov cütlüyünü məğlub edərək bürünc medallara sahib olub.
Mükafatlandırma
Turnirin qalibləri aşağıdakı mükafatlarla təltif olunublar:
-
Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən medal və diplomlar;
-
1-ci yer: Dent Time klinikasından 400 AZN dəyərində hədiyyə kuponu;
-
2-ci yer: Dent Time klinikasında 50% endirim kuponu;
-
3-cü yer: Geek.az mağazasından 30 AZN dəyərində endirim kuponu.
Yarışın təşkilatçısı Pickleball.az olub. Təşkilatçılar turnirdə iştirak edən bütün idmançılara, yarışları izləyərək dəstək göstərən tamaşaçılara və turnirin keçirilməsinə töhfə verən tərəfdaşlara təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, pickleball Azərbaycanda son illərdə inkişaf edən raket idman növlərindən biridir. Pickleball.az tərəfindən ölkədə bu idman növünün inkişafı və populyarlaşdırılması məqsədilə müxtəlif
