ATP
Roland Qarros: Novak Cokoviç 23-cü Böyük Dəbilqə titulunu qazanıb
Roland Qarros: Novak Cokoviç 23-cü Böyük Dəbilqə titulunu qazanıb
Serbiyalı tennisçi Novak Cokoviç Roland Qarrosun finalında norveçli Kasper Ruudu 7:6, 6:3, 7:5 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Bu qələbə Cokoviç üçün karyerasındakı 23-cü Böyük Dəbilqə titulu olub. Bununla da o, Rafael Nadalı (22 titul) geridə qoyaraq kişilər arasında ən çox Böyük Dəbilqə qazanan tennisçi kimi tarixə düşüb.
Cokoviç Böyük Dəbilqə turnirlərində indiyədək Australian Opendə 10, Wimbledonda 7, Roland Qarrosda 3 və US Opendə 3 titul qazanıb.
Bu uğur həm də onun karyerasındakı 94-cü ATP titulu olub. Cokoviç bu göstəricidə İvan Lendli geridə qoyub. Yalnız Roger Federer (103) və Jimmy Connors (109) daha çox titul qazanıblar.
