FAKTLAR & STATİSTİKALAR
Roger Federerin qırılması çətin rekordu
Roger Federerin qırılması çətin rekordu
Rocer Federer tennis tarixində iki fərqli Böyük Dəbilqə turnirində ardıcıl 5 il çempion olan yeganə tennisçidir.
İsveçrəli əfsanə 2003–2007-ci illərdə Wimbledon, 2004–2008-ci illərdə isə US Open turnirlərində ardıcıl beş titul qazanaraq tarix yazıb. Bu iki möhtəşəm seriya onun ümumilikdə 20 Böyük Dəbilqə titulunun yarısını təşkil edir.
Federerin bu rekordu bu günə qədər heç bir tennisçi tərəfindən təkrarlanmayıb və tennis tarixinin ən unikal nailiyyətlərindən biri hesab olunur.
